Oğlunu itirən ana özünü öldürmək istədiBölmə: Xəbər
Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Ailəli və 3 uşaq anası olan S. Mikayılovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Qeyd edək ki, bu yaxınlarda onun oğlan övladını avtomobil vuraraq öldürüb. Hazırda onun 3 qız övladı var. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|