» » Qubada polis zabitini öldürən vəhhabi həbs olundu

Qubada polis zabitini öldürən vəhhabi həbs olundu

Bölmə: Xəbər
Qubada polis zabitini öldürən vəhhabi həbs olundu

Quba rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 16-da polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın üzvü Ağamuradov Radik Rükməddin oğlu saxlanılıb.

DİN-dən APA-ya bildirib ki, hadisədən sonra qaçıb gizlənən Qusar şəhər sakini, 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-qazma kəndi ərazisində tutulublar.

Onlardan "Makarov" və "Naqan" tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb.

Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib oradan külli miqdarda pul aparmışdı. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıblar. Polisə basqında iştirak edənlərdəb bir neçəsi həbs olunub, bir neçəsi isə xüsusi əməliyyat zamanl zərərsizləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler