» » Sumqayıtın bəzi məktəbləri bağlana bilər

Sumqayıtın bəzi məktəbləri bağlana bilər

Bölmə: Xəbər
Sumqayıtın bəzi məktəbləri bağlana bilər

Dərs ilinin başlamasına təxminən 1 ay qalmasına baxmayaraq, Sumqayıtda cari tədris ilinə tam hazır olan heç bir məktəb yoxdur. Əhali bəzi məktəblərdə bu il ilk zəngin çalınmayacağı qorxusu içindədir, çünki istər-istəməz uşaqları başqa məktəbə dəyişməli ola bilərlər.

Anspress-in əməkdaşının şəhərdəki 50-ə yaxın məktəbdə apardığı araşdırmadan aydın olur ki, hazırda məktəblərdə hazırlıq işləri gedir və yeni dərs ili üçün təmir işləri aparılır. Bəzi məktəblər isə qəzalı vəziyyətdədir. Sumqayıt şəhər təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov bildirib ki, şəhərin 18,11 və 7 saylı məktəbləri qəzalı vəziyyətdədir. Hazırda bu məktəblərdə əsaslı təmir işləri aparılır. 41 saylı məktəbin divarında da çatlar yaranıb. Orada isə təmir işlərinə başlanılması nəzərdə tutulur.

Bundan başqa, Sumqayıdakı orta ümumtəhsil internat məktəbi də qəzalı vəziyyətdədir. Orada da əsaslı təmir işlərinin başlanılması nəzərdə tutulur.

Mart ayında baş vermiş güclü külək də Sumqayıtda yerləşən 34 saylı məktəbin damının uçması ilə nəticələnib. Amma indiyə kimi bu problem öz həllini tapmayıb. Məktəbin belə vəziyyətdə olması, təbii ki, şagirdlərin həyatı üçün təhlükəlidir və orada dərslərin başlaması məsləhət görülmür. Ümumiyyətlə, bu il bu məktəbdə dərslərin başlamasına ümid azdır. Çünki Vaqif müəllimin bildirdiyinə görə, əgər maddi imkan olsa məktəb tam əsaslı təmir olunacaq, imkan olmasa məktəbin yalniz damı bərpa ediləcək. Yəni məsələ ilə bağlı qərar belə verilməyib.

Qeyd edək ki, məktəblərin əsaslı təmirinə qərar verilərsə, onlar yeni dərs ilinə kimi tədris prosesinə tam hazır olmayacaqlar. Buna görə də təmir gedən məktəblərin şagird və müəllim kollektivi müvəqqəti olaraq digər məktəblərə yerləşdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler