» » Ermənistan əsgərimizin nəşini qaytarmır... -

Ermənistan əsgərimizin nəşini qaytarmır... - 1 həftə keçdi

Bölmə: Xəbər
Ermənistan əsgərimizin nəşini qaytarmır... -

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hərbçimizin meyitinin qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

"Xalqinfo" xəbər verir ki, komitənin yaydığı məlumatda bildirilir ki, 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Lakin hadisədən bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler