» » Oğul anasını bıçaqladı -

Oğul anasını bıçaqladı - Pul vermədiyi üçün

Bölmə: Xəbər, Kriminal
Oğul anasını bıçaqladı -

Gəncə şəhərində oğul anasını bıçaqlayıb.

"Xalqinfo" “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Hüseynova Nargilə İsrail qızı öz oğlu Aqil tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hər iki bud nahiyəsindən bıçaqlanan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, N.Hüseynova həmin ərazidə kirayədə yaşayır. Oğlu Aqil dəfələrlə anasından pul istəyib. Bu dəfə N.Hüseynova oğluna pulu olmadığını və ona pul verə bilməyəcəyini bildirib. Bununla razılaşmayan Aqil anasını bıçaqlayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler