» » Qubada maşın azyaşlıları vurub -

Qubada maşın azyaşlıları vurub - Ölən və yaralanan var

Bölmə: Xəbər
Qubada maşın azyaşlıları vurub -

Quba rayonunda ölümlə yol nəqliyyat hadisəsi baş verib.

Xalqinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

Quba rayon Polis Şöbəsi faktla bağlı araşdırmaya başlayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler