» » Türkiyədə klubdakı qətliamdan öncə diqqətçəkən məqam -

Türkiyədə klubdakı qətliamdan öncə diqqətçəkən məqam - Fotolar

Bölmə: Xəbər
Türkiyədə klubdakı qətliamdan öncə diqqətçəkən məqam -

Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda qətliamın baş verdiyi gecə məkanın yeni illə bağlı sosial şəbəkədə yaradılmış səhifəsinə yazılan iki mesaj diqqəti cəlb edib.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mesajlar qədər onu yazan şəxsin profilindəki şəkil və qətliamdan sonra səhifədəki dəyişikliklər də diqqətdən qaçmayıb.

“Woo George” adını istifadə edən şəxs bir-birinin ardınca iki mesaj paylaşıb. Belə ki, paylaşımın edildiyi dəqiqələr Yeni ilin ilk dəqiqələri olub və hələ terror hadisəsi baş verməyib.

İlk paylaşımda istifadəçi “sizi istəyirəm” deyə yazıb və bir neçə dəqiqə sonra isə “döyüşə 5 dəqiqə qala” deyə ikinci mesajını paylaşıb. Bu iki mesaj klubun səhifəsində yazılan ən ilginç mesaj olub. Dil çıxardaraq lağlağı şəklində paylaşılan mesajlar ilk dəqiqələrdə diqqət çəkməsə də sonradan nəzərə çarpıb. Olaydan bir neçə dəqiqə sonra həmin hesab silinib. Ancaq hesab silindikdən sonra eyni şəkillə başqa bir hesab açılıb. Örtük şəklində isə uniformalı, saqqallı, əli silahlı kişilər yer alıb. Şəklin üstündə “Tigers of İslam” yazılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Türkiyədə klubdakı qətliamdan öncə diqqətçəkən məqam -
Türkiyədə klubdakı qətliamdan öncə diqqətçəkən məqam -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler