» » General vəfat etdi

General vəfat etdi

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
General vəfat etdi

General-mayor Bahadur Hüseynov bu gün vəfat edib.

Xalqİnfo” xəbər verir ki, bu haqda məlumatı interpress.az saytı yayıb. Əfsanəvi azərbaycanlı general, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadur Hüseynovun dekabrın 15-də 95 yaşı tamam olmuşdu.

B. Hüseynov ilk hərbi əməliyyatına 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində kiçik leytenant rütbəsində başlayıb. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edib. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edib.

1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) keçib.

Bahadur Hüseynov bir müddət Azərbaycan DTK-sının sədr müavini işləyib.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler