» » "Bakcell" şirkəti kontur çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Bakcell" şirkəti kontur çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirib.

Bölmə: Xəbər
 "Bakcell" şirkəti kontur çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Bakcell" şirkəti son günlərdə yaranmış kontur çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirib. Açıqlamada bildirilir:

"Bakcell" şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, ötən həftə ərzində bazarda "Bakcell" ödəmə kartlarının çatışmazlığı ilə bağlı müşahidə olunan vəziyyət kartların ölkəyə gətirilməsi zamanı şirkətdən asılı olmayan səbəblərdən baş vermiş gecikmə ilə bağlıdır. "Bakcell" şirkəti yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib və ötən şənbə və bazar günü bazar ödəmə kartları ilə müəyyən qədər təmin olunub. Bu həftə ərzində kartların bazara paylanması ilə bağlı işlər davam etdiriləcək. "Bakcell" şirkəti yaranmış narahatlığa görə abunəçilərindən üzr istəyir və bir necə gün ərzində məsələnin öz həllini tapacağını bildirir. Eyni zamanda "Bakcell" xidmətlərindən istifadəyə davam etmək üçün abunəçilərimizə alternativ ödəmə vasitələrindən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) istifadə etməyi tövsiyə edirik. Alternativ ödəmə vasitələrindən istidafə olunması abunəçiyə bonus dəqiqələr

qazanmaq imkanı verir. Əvvəlcədən ödəmə sistemində olan abunəçilərimiz avqust ayının 10-na kimi alternativ kanalllar vasitəsilə ən azı 3 AZN ödəniş etməklə şəbəkədaxili 10 pulsuz dəqiqə əldə edəcəklər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler