» » FHN balıqçıları helikopterlə xilas etdi

FHN balıqçıları helikopterlə xilas etdi

Bölmə: Xəbər, Sosial
FHN balıqçıları helikopterlə xilas etdi

Dənizdə küləkli hava şəraitində köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas edilib.

Xalqİnfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib.

Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas edilib. Əməliyyat saat 16:55-də başa çatıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler