» » Külək və günəş elektrik stansiyasının tikintisinə -

Külək və günəş elektrik stansiyasının tikintisinə - 1,4 milyard ayrılacaq

Bölmə: Xəbər, GÜNDƏM
Külək və günəş elektrik stansiyasının tikintisinə -

Bərpa olunan enerji istehsalı prioriteti üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Xalqİnfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində əks olunub.

Sənəddə bildirilir ki, Azərbaycanın bərpa olunan enerji növləri üzrə potensialı çox böyükdür.

Hazırda külək enerjisi ölkənin ümumi qoyuluş gücündə 66 MVt-lıq paya malikdir ki, bu da 15000 MVt potensial həcmin cəmi 0,4 faizi deməkdir.20 Abşeron yarımadası, Xəzər sahili boyu quru ərazilər, həmçinin Xəzər akvatoriyası, Naxçıvan Muxtar Respublikası və bir sıra digər ərazilər külək enerjisinə investisiya qoymaq üçün cəlbedici sahələr hesab olunur.

Mühüm tələbat mərkəzinə çox yaxın yerləşdiyinə görə Bakı şəhəri quruda külək enerjisi istehsalına investisiya qoyuluşları baxımından əlverişli coğrafi mövqeyə malikdir. Günəş enerjisi sahəsində qoyuluş gücü təqribən 30 MVt təşkil edir ki, bu da 8000 MVt potensial həcmin 0,4 faizi deməkdir. Hazırda Bakı və onun ətraf qəsəbələrində, habelə ölkənin bir sıra rayonlarında günəş elektrik stansiyalarının inşası davam etdirilir. Bakıda il ərzində günəşli saatların sayı 2000-2800 arasında dəyişir ki, bu da günəş enerjisi istehsalı üçün qənaətbəxş səviyyə hesab edilir. Hər kvadrat kilometrinə, orta hesabla, 1400-1800 kVts günəş enerjisi düşən Kür-Araz ovalığı, Abşeron yarımadası, eləcə də Naxçıvan Muxtar Respublikası günəş enerjisi istehsalına əlavə investisiya qoyuluşları üçün əlverişli məkanlardır.

Milli istehsal portfelində bərpa olunan enerji istehsalı üzrə prioriteti həyata keçirməklə, 2020-ci ildə real ÜDM-in 50 milyon manat birbaşa və 20 milyon manat dolayı olmaqla, ümumilikdə 70 milyon manat məbləğində artması və 270 yeni iş yerinin yaradılması proqnozlaşdırılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler