» » "Facebook"da "SƏRT QANUN":

"Facebook"da "SƏRT QANUN": Videolar silinəcək!

Bölmə: Xəbər
"Facebook"da "SƏRT QANUN":

Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər.

"Xalqİnfo" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb.

Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir.

Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler