» » Ermənilərin vurduğu qıza kömək ediləcək

Ermənilərin vurduğu qıza kömək ediləcək

Bölmə: Xəbər
Ermənilərin vurduğu qıza kömək ediləcək

Gədəbəy Rayon İcra Hakimiyyətindən (RİH) erməni əsgərlərinin Şınıx bölgəsində vurduqları 15 yaşlı məktəbli qızla bağlı açıqlama verilib.

Gədəbəy RİH-nin Ərazi İdarəetmə Şöbəsinin rəisi Qılıcov Nizaməddin ANS PRESS-ə açıqlamasında erməni gülləsinə tuş gələn Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyevanın ayağına dəyən güllənin çıxarıldığını söyləyib:

“Ayağı sarğıdadır və hazırda vəziyyəti yaxşıdır”.

Bildirilib ki, Gədəbəy RİH nümayədələri də Şəlalə Tağıyevaya bir neçə dəfə baş çəkiblər: “O, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. İndi ordan gəlirik. Heç bir problem yoxdur. Bir də müayinə olunduqdan sonra onu evə buraxacaqlar. İcra Hakimiyyəti tərəfindən onlara hər cür yardım göstəriləcək”.

Qeyd edək ki, ötən gün Ermənistan ordusu Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutublar.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır.
Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler