» » Bulvarda atraksionlar pulsuz olacaq

Bulvarda atraksionlar pulsuz olacaq

Bölmə: Xəbər, Sosial
Bulvarda atraksionlar pulsuz olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli Parkda aksiya keçiriləcək.

"Xalqİnfo"nun Axşam.az-a istinadən məlumatına görə, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Onun sözlərinə əsasən, dekabrın 30-da bulvarda 15 yaşına qədər uşaqlar üçün bütün attraksionlar saat 10:00-dan 14:00-a qədər pulsuz olacaq.

N.Məcidov ona da qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə dekabrın 31-də saat 00.00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.

Rəis müavini hazırda bulvarda 2 yerdə böyük süni şam ağacının quraşdırıldığını vurğuladı. Onlardan biri Kukla teatrının arxasında böyük meydançada monitorun qarşısında, digəri isə "Port Baku" ilə üzbəüz bulvarın yeni hissəsindədir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler