» » “Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar”

“Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar”

Bölmə: Xəbər
“Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar”

“Rusiyada yaşayan və çalışan azərbaycanlıların vəziyyətinin yaxşı olması üçün əlimizdən gələni əsirgəmirik. Çalışırıq ki, Azərbaycanı Rusiyada yaxşı təbliğ edək. Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar”.

Xalqİnfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ölkə.Az-a bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin gördüyü işlər göz qabağındadır.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqirəmiz fikirlərə gəlincə, səfir və səfirliyin bu barədə açıqlama vermək istəmədiyi bildirilib.

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Bununla bağlı millət vəkilinin AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var”, - deyə millət vəkili bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler