» » Qaradağda qaz kəməri partlayıb -

Qaradağda qaz kəməri partlayıb - Yenilənib

Bölmə: Xəbər, Kriminal
Qaradağda qaz kəməri partlayıb -

Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.

Xalqİnfo”nun verdiyi xəbərə görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.

Qaradağ Rayon Polis İdarəsindən “Qafqazinfo”ya hadisənin baş verdiyi təsdiqləyiblər.

***

Qaradağ rayon icra başçısının müavini Azad Nərimanov "Qafqazinfo"ya açıqlamasında hazırda hadisə yerində olduğunu deyib: ““Qazıməmməd” qaz kəməri partlayıb. Bütün rəsmi qurumların əməkdaşları buradadır, mütəxəssislər işləyirlər. Hazırda borunun bağlanması və yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Yaralı və ya ölüm faktı qeydə alınmayıb. Evlərə də ziyan dəyməyib. Partlayış baş verən yer bir qəsəbədən 2-3 kilometr aralı, digərindən 500-1000 metr aralıdadır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler