» » “FHN-dən icazə alınmayacaq” -

“FHN-dən icazə alınmayacaq” - İcra Hakimiyyəti

Bölmə: Xəbər
“FHN-dən icazə alınmayacaq” -

“Bakıda yeni il yarmarkaları üçün hazırlanan çadırların fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq”.

Xalqİnfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Bakıda yeni il yarmarkaları üçün qurulan 6 çadır fəaliyyətini davam etdirir və yeni il ərəfəsində həmin çadırlar sökülməyəcək:

“Fəaliyyətinə icazə verilmədiyi üçün 6 çadır söküldü. Çünki Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları həmin çadırların küçədəki elektrik xətlərindən elektrik enerjisi götürməsinə icazə vermədi. Hazırda Bakıda 6 çadırda yarmarka fəaliyyət göstərir. Həmin çadırların elektrik generatorları ilə işıqlandırılması barədə qərar qəbul etmişik. Bu çadırlar küçələrdəki elektrik dirəklərindən elektrik enerjisi götürməyəcək. Ona görə də, həmin çadırların fəaliyyəti üçün Fövqəladə Hallar Nazirliyindən texniki şərt alınmasına ehtiyac olmayacaq”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler