» » Bakının baş planı yenidən işləniləcək -

Bakının baş planı yenidən işləniləcək - İradlar var

Bölmə: Xəbər
Bakının baş planı yenidən işləniləcək -

“Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinə yenidən baxılacaq.

Xalqİnfo” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics"ə bildirilib ki, dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraat 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnistitutu tərəfindən təqdim olunmuş “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi keçirilib. Tədbirdə müxtəlif dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.

Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:

- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;

- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;

- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;

- Söküntü həcmlərinə yenidən baxılması;

- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;

- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;

- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler