» » Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar

Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar

Xəbər verdiyimiz kimi bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilir.

"Xalqİnfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev tədbirdə çıxış etdikdən sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib.

Prezident ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.

Dövlət başçısı Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin “Olimpiya” ordenlərini təqdim edib.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlət başçısına fəaliyyətində uğurlar arzulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar
Prezident bir qrup idmançıya mənzil Bağışladı - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler