» » Bayram üçün partlayıcı düzəltdi - Barmaqlarını itirdi...

Bayram üçün partlayıcı düzəltdi - Barmaqlarını itirdi...

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Bayram üçün partlayıcı düzəltdi - Barmaqlarını itirdi...

Zaqatalada 25 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində əl barmaqları amputasiya olunub.

Xalqİnfo” ARB TV-yə istinadən xəbər verir ki, hadisə dekabrın 19-u rayonun Zəyəm kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev yaşadığı ünvanda qarşıdan gələn yeni il şənliyində istifadə etmək üçün el arasında “pojik” kimi tanınan partlayıcı qurğu düzəldib. Nurlan İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu elə əlindəcə dağılıb. Nəticədə Nurlan İsayevin sol əlinin barmaqları ciddi xəsarət alıb.

O, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Nurlan İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nurlan İsayevin vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler