» » Qar sürücülərə çətin anlar yaşatdı –

Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO

Bölmə: Xəbər, Sosial, GÜNDƏM
Qar sürücülərə çətin anlar yaşatdı –

Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.

"Xalqİnfo" ARB-ə istinadən xəbər verir ki, İsmayıllıya 10-15 santimetr hündürlükdə qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.

Hazırda qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır.

Üç növbəli iş rejimində çalışan idarə işçiləri avtomobillərin təhlükəsizliyi üçün əllərindən gələni edirlər. İdarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler