» » Şəkidə 18 yaşlı qızı ilan sancıb

Şəkidə 18 yaşlı qızı ilan sancıb

Bölmə: Xəbər
Şəkidə 18 yaşlı qızı ilan sancıb

Bakıdan Şəkiyə qohumlarına qonaq gələn 18 yaşlı qızı ilan sancıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Nigar Fəhmi qızı Sadıqzadə qohumları ilə Şəki şəhərinin yuxarı hissəsində dağlıq ərazidə istirahət edərkən onu ilan sancıb.

Nigar Sadıqzadə təcilli Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, ilan Nigar Sadıqzadənin sol ayağının topuq nahiyyəsindən sancıb. Nigar Sadıqzadəyə lazimi ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır hesab olunur. Məlumatda bildirilir ki, Nigar Sadıqzadə Şəki şəhərində yaşayan qohumlarına qonaq gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler