» » Heydər Əliyev Mərkəzindəki yanğının səbəbi açıqlandı

Heydər Əliyev Mərkəzindəki yanğının səbəbi açıqlandı

Bölmə: Xəbər
Heydər Əliyev Mərkəzindəki yanğının səbəbi açıqlandı
FHN: "Mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib"
Heydər Əliyev Mərkəzində baş verən yanğının səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:

"Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb. Əməkdaşlarımız Heydər Əliyev Mərkəzində növbə çəkirlər".

Qeyd edək ki, mərkəz bir müddət əvvəl yanmağa başlayıb. Mərkəzin binasında çıxan yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler