» » “Gənclər hər zaman onun diqqət mərkəzində olub” -

“Gənclər hər zaman onun diqqət mərkəzində olub” - Fuad Muradov

Bölmə: Xəbər, GÜNDƏM
“Gənclər hər zaman onun diqqət mərkəzində olub” -

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir Azərbaycan vətəndaşı hiss edir. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib.

Xalqİnfo.az xəbər verir ki, bunu “Qafqazinfo” açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri danılmazdır: "Onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. Xüsusilə gənclərimiz hər zaman Ulu Öndərimizin diqqət mərkəzində olub. Onun imzaladığı ilk fərmanlarından biri ilə Gənclər və İdman Nazirliyinin yaradılması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir. Ulu Öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin Forumların silsilə şəklində həyata keçirilməsinə nail olub. Əslində, Azərbaycanda gənclər siyasəti hələ o zaman dövlət siyasətinin əsas hissəsi kimi formalaşmağa başladı və həmin siyasət bu gün də davam etdirilir. Ulu Öndərin böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərib. O, hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı".

F.Muradovun sözlərinə görə, bu gün bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb: "Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar mövcuddur. Dövlət başçısı mütəmadi olaraq gənclərlə bağlı müxtəlif sərəncamlar imzalayır. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanmış addımlardır. Bütün bunlar məhz Ümummilli Liderin siyasi kursunun davamıdır.

Eyni zamanda Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanin fəaliyyətini də qeyd etmək lazımdır. Ulu Öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Lakin gənclər sahəsində, xüsusilə Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində aparılan işlər Ümummilli Liderin qoyduğu təməl prinsipləri özündə bariz əks etdirir".

Komitə sədri bildirib ki, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində yetişməsinin təməli Ulu Öndər tərəfindən qoyulub: "Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün ölkə başçısı tərəfindən müəyyən edilən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalı, həmçinin Ali Baş Komandanın əmrinə daim hazır olmalıdırlar. Ümummilli Liderin də gənclərə tövsiyələri məhz bu olub. Odur ki, gənclər daim Ulu Öndərin tövsiyələrini öyrənməli və onları öz həyatlarında tətbiq etməlidirlər. Bu, bizim hər birimizin mənəvi borcudur".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler