» » Ümummilli liderin xatirəsi belə anıldı -

Ümummilli liderin xatirəsi belə anıldı - fotolar

Bölmə: Xəbər, Mədəniyyət
Ümummilli liderin xatirəsi belə anıldı -

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

"Xalqİnfo" xəbər verir ki, idarədən Axşam.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının himni səslənib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva və digər görkəmli nümayəndələr iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərindən danışıblar.

Tədbirdə incəsənət ustalarından Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev çıxış edib.

Bakı şəhər Kino Xidməti idarəsinin hazırladığı “Xalqa bağışlanan ömür” adlı sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin orkestrinin ifasında sözləri Həsən Kamala, musiqisi isə əməkdar artist Elza Seyidcahana aid Ulu Öndərə həsr olunmuş Elegiya əsəri ilk dəfə olaraq təqdim olunub.

Sonda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. O, qısa bir müddətdə “Elegiya” əsərinin ərsəyə gəlməsində Azərbaycan Ali Hərbi Məktədin orkestrinə, əsərin müəllifi Elza Seyidcahana, yaradıcı heyətə Təşəkkürnamə təqdim edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -
Ümummilli liderin xatirəsi belə anıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler