» » Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar

Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar

Bölmə: Xəbər, Şou, BLOK XƏBƏR, MANŞET
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar

Xəbər verdiyimiz kimi, Rusiyanın xalq artisti Filipp Kirkorov ötən gün bakıda "Ya" ("Mən") adlı solo konsert verib.

Xalqİnfo.az Axşam.az-a istinadən məlumatına görə, "Crystal hall"da baş tutan gecənin ən maraqlı məqamlarından biri müğənninin səhnədə əməkdar artist Eyyub Yaqubovun "Kim bilir" mahnısını səsləndirməsi olub.

F.Kirkorov Azərbaycan dilində mahnı oxuması ilə yanaşı, tamaşaçılarla bizim dildə söhbət də edib.

"Bu görüşü çoxdan gözləyirdim. 30 ildir, 20 yaşım olandan Bakıya gəlmək istəyirdim. Bu arzum 30 ildən sonra həyata keçdi. Mənim 50 illik yubileyim ərəfəsində arzum baş tutdu, çin oldu. Dünyanın ən gözəl konsert zalı "Crystal hall"da və şəhərində - Bakıdayam. Uşaqlıqdan kumirim olan dahi Müslüm Maqomayevin vətənində mənim mahnılarım səsləndi. Böyük həyəcanla tamaşaçılara şou göstərdim. Mən sözümün üstündə durdum, kişi kimi. Kişinin sözü bir olar. Emin Ağalarov bu şounu Bakıya gətirməyimdə mənə kömək oldu. Azərbaycan torpağındayam, sağ ol əzizim Emin. Çox sağ ol mənim can-ciyərim. Sən əsl dostsan" deyə, F.Kirkorov Azərbaycan dilində deyib.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az




Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar
Filipp Eyyubun mahnısını oxudu, Azərbaycan dilində danışdı - video+fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler