» » Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən ötən gün gözlənilmdən azad edilən Elmar Məmmədovun eynən bankın keçmiş sədri Cahangir Hacıyevin metodları ilə hərəkət etdiyi məlum olub.

Xalqİnfo.az xəbər verir ki, Moskvadakı mənbələrdən virtualaz.org saytına daxil olan məlumata görə Azərbaycan Beynəlxalq Bankı özünün Rusiyadakı törəmə bankı vasitəsilə (“MBA-Moskva”) Moskva ətrafındakı Mıtişi rayonunda şəhərində çoxmilyonlu tikinti layihəsini maliyyələşdirir.

Söhbət 12 korpusdan ibarət çoxmərtəbəli yaşayış binalarının tikintisindən gedir və bank bu layihəni həyata keçirmək üçün “SFD” Açıq Səhmdar Cəmiyyəti adlı şirkətlə anlaşıb. Şirkətin Elmar Məmmədova və “MBA-Moskva”nın idarə heyətinin sədri Emin Əfəndiyevə yaxın olduğu bildirilir. Şirkətin nəzarət səhm paketi Rauf Şıxəliyevə məxsusdur. Rusiyanın Hüquqi şəxslərin vahid Reyestrində bu şirkət barədə məlumatlar var. Layihənin ümumi dəyəri 80 milyon dollardan çoxdur.

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə
















Virtualaz.org araşdırıb ki, bu şirkət hazırda Mıtışi rayonunda “Mıtışi Lite” adlı yaşayış kompleksinin tikintisi layihəsini həyata keçirir. Şirkət özü 2011-ci ildə yaradılıb. Səhmlərinin 57.7 faizi Şıxəliyev Rauf Rafail oğluna, qalan 42.5 faizi İlyaquyev Fuad Yakovleviçə məxsusdur. Rusiyanın daşınmaz əmlak saytlarında göstərilir ki, “OFD” ASC “Mıtışi Lite” mikrorayonunun tikintisinə qədər başqa heç bir tikinti layihəsi həyata keçirməyib.Hazırda şirkət tikintisi davam edən bu kompleksdən mənzilləri 2.4 milyon rubldan başlayan qiymətlərlə təklif edir.

Kompleksin tikintisini 2017-ci ilin sonlarında başa çatdırmaq nəzərdə tutulur.“Mıtişi Lite” layihəsinin saytında göstərilir ki, bu yaşayış kompleksindən mənzilləri MBA-Moskva bankından əldə edilən illik 10.5 faizlik ipoteka krediti ilə də almaq olar.

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə














Əslində belə məlum olur ki, bu layihə “MBA-Moskva”nın rəhbərliyinin dəyişməsindən əvvəl, ötən il martın 6-da başlayıb. Layihənin saytında tikintinin “MBA-Moskva” tərəfindən maliyyələşdirildiyi, ümumiyyətlə maliyyə tərəfdaşının kim olduğu haqda heç nə deyilmir. Lakin “MBA-Moskva”nın özünün saytında göstərilir ki, bu il oktyabrın 24-dən etibarən “Mıtişi Lite” yaşayış kompleksindən mənzillərin alınması üçün 15 il müddətinə illik 10.5 faiz olmaqla ipoteka kreditlərinin ayrılması başlayır.

İlk baxışdan “MBA-Moskva”nın Rusiyada bu cür kommersiya layihələrini maliyyələşdirməsi normal görünə bilərdi. Lakin hazırda Rusiyada hökm sürən iqtisadi vəziyyətlə bağlı daşınmaz əmlak bazarı ciddi geriləyib, tikinti sahəsində bir çox iri şirkətlər yaşayış komplekslərinin tikintisi layihələrini yarımçıq qoyublar və ya tam dayandırıblar. Belə bir vaxtda Azərbaycan bankı Rusiyada kifayət qədər riskli layihəyə girir və vəsaitləri tikintiyə yönəldir. Hansı ki, Azərbaycanın özündə kreditləşmənin dayanması nəticəsində tikinti sənayesi faktiki olaraq çöküb, prezident İlham Əliyev bu sahəni yenidən canlandırmaq üçün güzəştli ipoteka kreditləşməsinin artırılması da daxil olmaqla bir sıra güzəştlər tətbiq edib. Gələn ilin büdcəsində vəsaitlərin məhdud olmasına baxmayaraq tikinti sahəsinə bir neçə yüz milyon dollar investisiya nəzərdə tutulur.

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə














Məlumatda deyilir ki, “MBA-Moskva”nın keçmiş rəhbərliyinin dövründə Moskvada həyata keçirilən və yarımçıq qalan tikinti layihələri hazırda dəyər-dəyməzinə satılır. Bankda bunu həmin layihələrin ziyanlı olması ilə əsaslandırırlar. Hansı ki, layihələr məhz bank tərəfindən maliyyələşdirmənin yarımçıq kəsilməsi nəticəsində ziyanlı aktivlərə çevrilib.

Virtualaz.org bundan əvvəl Cahangir Hacıyevin və onun Moskvadakı komandasının Azərbaycan Beynəlxalq Bankının pullarını müxtəlif riskli layihələrə necə ayırıb batırdığı haqda araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, “MBA-Moskva” Rusiya paytaxtında çoxsaylı tikinti layihələrini həyata keçirmək üçün “Fortrust Global” adlı offşor şirkət təsis edib.

Şirkət Moskvada Azərbaycan Beynəlxalq Bankının pulları hesabına “FortepinaO” yaşayış kompleksinin tikintisi, Mojaysk şossesində “A” sinif biznes-mərkəz, Tverskoy-Yamskoy küçəsində apartamentlər, Nikitski bulvarında apartamentlər, Altufyevsk küçəsində çoxfunksiyalı kompleks, Savvinsk döngəsində apartamentlər, Ryazansk prospektində kommersya təyinatlı kompleks və digər iri tikinti layihələrini həyata keçirib. Şirkətin ofisi Moskvada, Pokrovka küçəsində yerləşir. Şirkət 2011-ci ildə qeydiyyatdan keçib, baş direktoru İsazadə Zaur Natiq oğludur.

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə














Sayt Rusiya mənbələrindən araşdırmışdı ki, bu şəxs Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Rusiyadakı benefisiardır. “Fortrust Global” şirkətinin baş direktoru olmaqla yanaşı şirkətin səhmlərinin 10 faizinə sahibdir. Eyni zamanda Kiprdə qeydiyyatdan keçmiş “Luazo Corporation” offşor şirkətinin səhmlərinə nəzarət edir.

Həmin “Luazo Corporation” şirkəti isə Telman İsmayılova borc verib və geri ala bilməyib. Nəticədə T.İsmayılov bu ilin yayında Moskvanın Nikitsk bulvarında mülkiyyətçisi olduğu, otel kompleksi inşa etməyə hazırlaşdığı 27 min kvadratmetrlik torpaq sahəsinin 45 faizini 10 ildir ödəyə bilmədiyi borca görə “Luazo Corporation” şirkətinə vermişdi. Torpaq sahəsinin qalan hissəsi Moskva meriyasının mülkiyyətində qalıb. Z.İsazadə “MBA-Moskva”dan cürbəcür tikinti layihələri üçün yüz milyonlarla dollar kredit götürüb və çoxunu geri qaytarmayıb. Habelə o, bankdan ayrılan iri kreditlərdə əsas vasitəçi olub.

Elmar Məmmədov da Hacıyevin yolunu gedirmiş – Moskvada riskli layihə












Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini idarə edən “Aqrarkreditbank” Rusiyanın “Vertical Capital” konsaltinq şirkəti ilə bankı bu ölkədəki batan kreditlər probleminin həlli ilə bağlı anlaşıb. Artıq Beynəlxalq Bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”ya 4 milyon dollar borcu olan “Non-Stop Productions” kino şirkətinin səhmlərinin 49 faizi “Vertical Capital”la işbirliyinin nəticəsi olaraq “Aqrarkreditbank”ın mülkiyyətinə keçib.

“Vertical Capital”ın məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu “Hermitage” oteli, İsraildə Xixinaşvililər ailəsinə məxsus “Diamond” sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Jomart Kamenovun bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı “Mistral Alko” (19 milyon dollar), “Mistral Alko”nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

Lakin belə görünür ki, Beynəlxalq Bankın Cahangir Hacıyevdən sonrakı rəhbəri Elmar Məmmədov da eynən onun yolunu gedib və pulları yenidən Rusiyada riskli layihələrə yönəldib. Hansı ki, Azərbaycanın özündə valyuta qıtlığı var və məlumatlara görə ölkədə dollar ajiotajının yaranmasında Elmar Məmmədovun rolu araşdırılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler