» » “Azərişıq” fasiləsiz iş rejiminə keçib

“Azərişıq” fasiləsiz iş rejiminə keçib

Bölmə: Xəbər
“Azərişıq” fasiləsiz iş rejiminə keçib

“Hazırda Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. “Azərişıq” fasiləsiz iş rejiminə keçib”. Xalqİnfo.az bildirir ki, bunu “Qafqazinfo”ya “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC-nin əməkdaşları 24 saat xidmət göstərirlər ki, abonentlər fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunsunlar: "Hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında problem yaranmayıb. Bu gün səhər saatlarından cəmi bir neçə dəfə elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Maşın mexanizmlərimiz, mal-materiallarımız, avadanlıqlarımız, ister dağlıq rayonlardaçisterse de aran yerlərində hazır vəziyyətidir. Yay fəsli ərzində 100 minden artiq dayaqlar dəyişdirilib, yeni yarimstansiyalar insha edilib,qəzalı vəziyyətdə olan yerlər teftish edilerek yenidən bərpa olunub. Qış movsumune ümumi hazırlığımizin yüksək səviyyədə olduğundan nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq. Yaranarsa da, vətəndaşlarımız bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər və problem operativ şəkildə aradan qaldırılsın".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler