» » 1 və 2 manatlıq “Cinkart”lar yoxa çıxıb

1 və 2 manatlıq “Cinkart”lar yoxa çıxıb

Bölmə: Xəbər
1 və 2 manatlıq “Cinkart”lar yoxa çıxıb
Xalqinfo.az maraqlı bir məsələni müşahidə edib. Yəqin ki, bir çoxlarınız da bununla qarşılaşmamış deyilsiniz. Belə ki, Bakcell abunəçiləri öz balansını artırmaq üçün üz tutduqları Bakının istənilən ərazisindəki dükanlarda, marketlərdə, köşklərdə 10 manatdan ucuz məbləğdə “Cinkart” əldə edə bilmir. Satıcılar isə bunun şirkətdən qaynaqlanan bir problem olduğunu deyir.

Bakcell şirkətinin məlumat mərkəzindən məsələyə aydınlıq gətirərək konturla bağlı problem olduğunu etiraf ediblər:

“Bəli, biz də problemin olduğundan xəbərdarıq və növbəti həftədən etibarən aradan qaldırılmasına çalışacağıq. Yəni 1, 2, 5 manatlıq “Cinkart”lara tələbat çox olduğundan satılıb qurtarıb. Buna alternativ olaraq isə “pay point”, “bank”lar vasitəsilə yenə də aşağı məbləğdə ödəmə etmək olar”.
Şirkətin nümayəndəsi yaranan narahatlığa görə abunəçilərdən üzr istədiklərini də bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler