» » Milli Məclisin saxlanma xərcləri artırılır

Milli Məclisin saxlanma xərcləri artırılır

Bölmə: Xəbər
Milli Məclisin saxlanma xərcləri artırılır

2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır.

"Xalqİnfo" xəbər verir ki, bu barədə parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı Milli Məclisin 2017-ci il xərclər smetası layihəsi barədə MM-in işlər idarəsinin müdiri Firuddin Hacıyev məlumat verib.

F. Hacıyev bildirib ki, MM və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 780 manat manat çoxdur.

F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir:

“Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçi bölməsi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir. 2017-ci ilin xərclər smetasında rabitə xərclərinin ödənilməsi yarımmaddəsi üzrə 217 min 500 manat, inventar alınması yarımmaddəsi üzrə 200 min manat, avadanlıq alınması yarımmaddəsi üzrə 286 min 200 manat, digər alış və xidmətlər yarımmaddəsinə Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxanada qalma və sair xidmətlərin ödənilməsi üçün 900 min manat, digər maşın və avadanlıqlar maddəsinə isə 405 min manat vəsait nəzərdə tutulub.

Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin 20 sentyabr 2016-cı ildə ölkəmizə rəsmi səfərindən sonra qarşılıqlı əməkdaşlığın, habelə Avronest Parlament Assambleyasında nümayəndə heyətinin tam tərkibdə iştirakının bərpa olunması ilə əlaqədar rəsmi səfərlərin çoxalması nəzərə alaraq 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçi bölməsinə 300 min manat əlavə vəsaitin ayrılmasına göstərişverməyinizi xahiş edirəm.

Bundan başqa, inventarların alınması yarımmadəsinə 200 min manat, avadanlıqların alınması maddəsinə 50 min manat, digər alış və xidmətlər maddəsinə 100 min manat, digər maşın və avadanlıqların maddəsinə isə 200 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərmənizi sizdən xahiş edirəm. Samir müəllim, 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri üzrə köməkçi bölməsində xarici ezamiyyələrin çox olması, manat məzənnəsinin aşağı düşməsi və maliyyə vəsaitin çatışmaması ilə əlaqədar cari ilin xərclər smetasına 140 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərmənizi sizdən xahiş edirəm.

Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin inzibati binalarında, həyətyanı sahələrdə, avtoparkda yenidənqurma işlərinin aparılması və Türkdilli Ölkələrin Parlament Assambleyası katibliyinin inzibati binasının tikintisinə vəsait ayrılıb. Ayrılmış vəsait hesabına Katibliyinin ümumi sahəsi 1500 kvadratmet olan 4 mərtəbəli inzibati binası inşa edilərək cari ilin dekabr ayında Türkdilli Ölkələrin Parlamentlərinin sədrlərinin iştirakı ilə açılışı nəzərdə tutulub.

O cümlədən, Milli Məclisin avtoparkının ikinci hissəsinin sokülərək təsdiq edilmiş yeni layihə üzrə avtomaşınların saxlanılması üçün sahəsi 1450 kvadratmetr olan əlavə korpusun, nahar fasiləsi zamanı yeməkxanada yer çatışmazlığı ilə əlaqədar iaşə xidmətinin daha da yaxşılaşdırılması üçün sahəsi 700 kvadratmetr olan inzibati binanın ikinci mərtəbəsində inşa edilmiş keçid vasitəsi ilə birləşdirilmiş yeni və müasir yeməkxananın 2017-ci ildə tam tikilib istifadəyə verilməsi nəzərdə tutulub”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler