» » Spikerdən deputata sərt reaksiya -

Spikerdən deputata sərt reaksiya - “Necə yəni onlardan geri qalacağıq?”

Bölmə: Xəbər, Siyasət, GÜNDƏM
Spikerdən deputata sərt reaksiya -

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elşən Musayevin turizm ilə bağlı iradları spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub.

Xalqİnfo” xəbər verir ki, çıxış edən deputat Elşən Musayev ölkədə turizmin ən yaralı yer olduğunu deyərək, bu sahənin inkişaf etmədiyini bildirib. O qeyd edib ki, ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır:

“Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradlar səsləndirib. Biz AZAL-a dotasiya ayıraq ki, qiymətlərdən endirim etsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq, çünki turistlər Gürcüstan üzərində uçuşlar edəcəklər”.

Deputatın fikirləri spiker Oqtay Əsədovun sərt tənqidinə səbəb olub:Elşən Musayev, əvvəla danışanda bir az diqqətli olaq. Necə yəni ölkədə turizm inkişaf etməyib? Bu il ölkədə turist əlindən dayanmaq olmurdu. Turizmi inkişaf etdirmək üçün başqa təkliflər verilə bilər. Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalır. Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler