» » Samir Şərifovdan büdcəyə təklif -

Samir Şərifovdan büdcəyə təklif - “300 milyon artırılsın”

Bölmə: Xəbər
Samir Şərifovdan büdcəyə təklif -

Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin 300 mln. manat artırılmasını təklif edib.

Xalqİnfo” xəbər verir ki, nazir bunu Tarif Şurasının bəzi enerji qiymətlərinin differensiallaşdırılması ilə bağlı verdiyi qərarla bağlı olduğunu bildirib: “Buna görə də ehtiyac meyarı 10 faiz artırılacaq. Gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88%, xərcləri isə 1,81% artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur”.

Qeyd edək ki, buna qədər gələn il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulmuşdu.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler