» » İmişlidə 12 yaşlı oğlan kanalda boğulub

İmişlidə 12 yaşlı oğlan kanalda boğulub

Bölmə: Xəbər
İmişlidə 12 yaşlı oğlan kanalda boğulub

Imişlidə 12 yaşlı oğlan kanalda boğulub. APA TV-nin xəbərinə görə, hadisə ötən gün saat 19 radələrində Qarabağ kanalının İmişli rayonunun Yalavac kəndindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini, 2002-ci təvəllüdlü Şirinov Tamerlan Ramil oğlu kanalda çimərkən anidən yoxa çıxıb. Hadisə yerinə FHN-dövlət sularında xilas etmə əməkdaşları cəlb edilib. Dərhal axtarışişlərinə başlanılıb. Bugün səhər saatlarında yeniyetmənin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 12 km aralıda, kanalın Qaralar kəndindən keçən hissəsində aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler