» » “Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı -

“Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı - Açıqlama

Bölmə: Xəbər
“Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı -

“Gənclik Mall” rəhbərliyi bu gün səhər saatlarında ticarət mərkəzində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Xalqİnfo.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan açıqlamada qeyd olunub ki, yeni il dekorasiyalarının uçması nəticəsində “Gənclik Mall” ərazisində xəsarət alan olmayıb: “Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb. “Gənclik Mall” adi qaydada işini davam etdirir və narahatçılığa heç bir əsas yoxdur”.

Xatırladaq ki, bu gün səhər saatlarında “Gənclik Mall”da binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Şarların yerə düşərək çilik-çilik olması insanlar arasında təşviş yaradıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler