» » “Rədd olsun ermənipərəst Soso!” QAT üzvləri

“Rədd olsun ermənipərəst Soso!” QAT üzvləri

Bölmə: Xəbər, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
“Rədd olsun ermənipərəst Soso!” QAT üzvləri
QAT üzvləri Soso Pavliaşvilini oxumağa qoymadı

Bu gün axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçriblər.

Xalqİnfo.az xəbər verir ki, bu barədə QAT-ın yaydığı məlumatda qeyd olunur. QAT üzvlərindən 10 nəfər bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil olub və gürcü müğənni oxumağa başlayan kimi “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndirib, plakatlar qaldırıblar.

Polis və mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan çıxararaq Nəsimi rayon 22-ci polis bölməsinə aparıb.

Qeyd edək ki, S.Pavliaşvili qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler