» » AZAL da biletlərin qiymətini qaldırıb? -

AZAL da biletlərin qiymətini qaldırıb? - Açıqlama

Bölmə: Xəbər
AZAL da biletlərin qiymətini qaldırıb? -

Ötən gün Tarif Şurasının qərarı ilə ölkədə qaz və işığın, həmçinin reaktiv mühərrik yanacağının (bu yanacağın əsas hissəsi “Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunur) qiymətini qalxıb.

Xalqİnfo” xəbər verir ki, bunun ardınca Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov da qiymətlərin qaldırılacağı barədə açıqlama verib.

Daha sonra AZAL-da da qiymətlərin artırılması ilə bağlı qeyri-rəsmi olaraq xəbərlər yayılıb. Xaricə səfərə gedən şəxslər bu barədə sosial şəbəkələrdə məlumat yayıblar. Onlar AZAL-da qiymətlərin artırıldığını bildiriblər.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bildirib ki, təmsil etdiyi qurumda hazırda qiymət artırılması ilə bağlı müzakirə aparılmır. O, biletlərin qiymətinin artırılması haqda xəbərləri də təkzib edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler