» » Türkiyədə erməni terrorçular üçün qoyulan abidə üzə çıxdı

Türkiyədə erməni terrorçular üçün qoyulan abidə üzə çıxdı

Bölmə: Xəbər
Türkiyədə erməni terrorçular üçün qoyulan abidə üzə çıxdı

Tanınmış araşdırmaçı jurnalisti, yazıçı Saygı Öztürk yazılarının birində Türkiyədə ermənilərə qoyulan abidədən bəhs edib.

Xalqİnfo” xəbər verir ki, yazar Türkiyənin Tunceli vilayətinin Aşağıdoluca kəndində abidənin açılış mərasiminin keçirildiyini yazıb. O, qeyd edib ki, Türkiyədə nəzarətdən bir qədər kənarda qalan bölgəsində ucaldılan abidənin bu il aprel ayında keçirilən açılışına Yunanıstan və Fransadakı erməni diasporunun nümayəndələrin qatılıb.

Abidə haqda bəhs edən yazar abidənin üzərində “Armenak Bakırcıyanı və Hrantı anırıq”,- sözlərinin yer aldığını qeyd edib.

Saygı Öztürk yazısında Qarabağda öldürülən erməni terrorçu Monte Melkonyanın adını xüsusi vurğulayıb. Onun sözlərinə görə, abidənin üzərində ASALA və PKK-lı terrorçulardan olan Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Qarabağda öldürülən Monte Melkonyan və Antranik Uzunyanın da adları yazılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler