» » Akif Çovdarovun vəziyyəti ağırdır


Akif Çovdarovun vəziyyəti ağırdır

Bölmə: Xəbər
Akif Çovdarovun vəziyyəti ağırdır

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası olub.

Vəkil Şahin Rəfiyev vəsatət verərək A.Çovdarovun səhhətinin ağır olduğunu, buna görə də tibbi ekspertiza təyin edilməsini istəyib. Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayıb.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahidlərin ifadə verəcəyi gözlənilir.

Həbib Həsənov bu dəfə də açıq məhkəmə prosesinə jurnalistləri buraxmayıb.

***

Prosesdə şahid Taryel Əliyev ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib və zərərçəkmiş Ş.Qurbanovun ondan 10 min manat alıb qaytarmadığını deyib.

A.Çovdarov bu gün də məhkəmədə oksigen balonları ilə təchiz edilmiş aparat köməkliyi ilə nəfəs alaraq iştirak edib. Prosesdə fasilə elan olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler