» » Girovların yeni Kəlbəcər fotosu

Girovların yeni Kəlbəcər fotosu

Bölmə: Xəbər
Girovların yeni Kəlbəcər fotosu
Tanınmış astroloq Səbuhi Rəhimli sosial şəbəkədə Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman ermənilər tərəfindən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yeni şəkillərini yayıb.

ans press-in məlumatına görə, ilk şəkil 1998-ci ildə Dilqəmin Kəlbəcərdə dalğalandırdığı Azərbaycan bayrağı ilədir. “Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağını dalğalandırmaq hər kişiyə nəsib olmaz. Amma Dilqəm Əsgərov 1998-ci ildən bəri hər il bunu etdi - qorxmadan, çəkinmədən...”

Daha sonra o, Şahbaz Quliyevdən yazıb: “Bu da Kəlbəcərin iyul qarı. Yadımdadır, Şahbaz Quliyev qayıdanda ilk dəfə qurd düşmüş qar gördüyünü söyləyirdi”.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər.

Ermənilər saxlanılan təxşləri diversant kimi təqdim edir
Girovların yeni Kəlbəcər fotosu
Girovların yeni Kəlbəcər fotosu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler