» » "Sənə bir xəbərim var idi…"

"Sənə bir xəbərim var idi…" Nuranə Nur

Bölmə: Xəbər
"Sənə bir xəbərim var idi…"
Günahkar
Hər şeyimi sənsizliyimlə paylaşandan,
mənliyim sən doludur.
Sənsiz keçirdiyim hər an,
bir boşluq manifestidir,
oxumadığım kitablarda yazılan,
və bir geniş məzardı varlığıma qazılan.
Zamanla üz-göz ola-ola,
günlərimi saya-saya keçirdiyim ömürdə
könülsüz doğulan,
və bir dayaz qəmzədə boğulan təbəssümümdü.
Səninlə keçirdiyim sənsizliyin şərəfinə...
başıma çəkirəm göz yaşlarımı.
Sevməyi bacarana mükafat,
Günahlar günahsızına cəzadır bu.
Neyləyim,
Suyun axib öz çuxurunu tapdığı qədər günahkaram.



Mənə tanışdı

Tanışdı mənə bu gedişin.
Fürsət bildiyin zamanları
boşuna keçirdiyinin fərqində olunca
vermişdin bu qərarını.
Ürək döyüntülərin heca-heca,
keşkələrə bölünüb vurunca
anlamışdın əslində getmək istəmədiyini.
Tanışdı mənə bu gedişin,
Aparacaqsan getdiyin yerlərə
geridə buraxdığını düşündüyün hər şeyi.
Xatirələrini belə,
Sevdiyin bir cüt gözə əmanət edə bilməyib,
götürəcəksən özünlə.
Həyatı yenidən öyrənməyə zamanın qalmamış
deyə düşünüb,
Həsrət -gözləməkdi , yoxsa darıxmaq
sualına daha cavab axtarmayacaqsan.
Tanışdı mənə bu gedişin
Olan, bitən hər şeyin,
Bu gedişin də sonuna
gözlə görünməyən nöqtə qoymusan əslində.

Gedənləri yox...

Bir boşluqdan içəri keçib,
Tanımadığım bir hissin içində azmışam.
Ya özümdən gedirəm,ya ozümə gəlirəm.
Daha qaranlıqdan qorxmuramsa,
demək pislikləri görə bilirəm.
Nəfəsini geri çəkib,
bütün fikirlərimi ayaqlayıb,
urəyimdə tutub saxlamağa çalışdığım dilək
addım-addım yoxa çıxır.
Mən gedənləri yox,
Gedişləri unuda bilmirəm.

Məndən getdin

Məndən getdin,
bu şəhərdən gedincə,
dəyişmədi ki,bu şəhər.
Təkcə mən bildim ,
Tək mən…
könülsüz barışdım .
Ayrılığın da dadı yoxdu artıq,
Alışqanlıqdı bu , alışdım…
Yalnız, bütün şifrələri sənin adınla açanda,
xatırladım səni.
Və gündə bir neçə tablet xatirə,
yatmazdan əvvəl,
içirdim qüruruma.
Səndən oyanmaq istəyirəm,
yuxuma da gəlmə daha.
Indi bildim,
Baş alıb gedənlərin,
vidası belə olurmuş ...
Heyifff…
Sənə bir xəbərim var idi…

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler