» » B Ə Y A N A T qəbul edildi

B Ə Y A N A T qəbul edildi

Bölmə: Xəbər
B Ə Y A N A T qəbul edildi
Xalqinfo.az Xəbər verir ki,bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərərgahında bir qrup QHT rəhbərləri və şəhid ailələrinin iştirakı ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonu ərazisinə keçən və erməni əsgərləri tərəfindən girov götürülən Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirib.
Tədbirdə Dilqəm Əhmədovun, Şahbaz Quliyev və Həsən Həsənovun müdafiəsinin təmin olunması məqsədilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalovanın rəhbərliyilə Təşkilat Komitəsi yaradılmış, Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinə və digər beynəlxalq təşkilatlara Bəyanat qəbul edilmişdir.
Bəyanatda deyilir:
B Ə Y A N A T
1988-ci ildən etibarən Erməistanın Azərbaycan torpaqlarına təcavüzü və bu təcavüz nəticəsində 20%-dən artıq torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfidən işğalı, bunun nəticəsində bir milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi bu gün də ən ağrılı problem olaraq qalmaqdadır.
Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 Qətnaməyə əməl etməyən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətməklə, tarixi-mədəni abidələrimizi məhv etməklə, bu ərazilərin təbii sərvətlərini talamaqda davam edir. Çox təəssüf ki, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Ermənistanı cəzalandırmır və təcavüzkar bir dövlətə açıq və gizli şəkildə bütün dəstəklərini göstərməkdə davam edir.
Məlum olduğu kimi bir-neçə gün öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkün Dilqəm Əhmədov, Şahbaz Quliyev, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov öz dədə-baba torpaqlarını, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna getmiş və orada işğalçı erməni ordusunun əsgərləri tərəfindən girov götürülmüşlər. Girov götürülmüş vətəndaşların öz doğma yurdlarına getmək istəyi, öz doğma yaxınlarının qəbirlərini ziyarət etmək arzusu təbii qarşılanmalıdır. Çünki Ermənistanın işğalçı mövqeyi həmin vətəndaşlar da daxil olmaqla bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtması hüquqlarını pozur.
Ermənistanın Müdafiə Nazirinin öz dədə-baba torpaqlarını ziyarət etməyə gedən, hətta orada yaşamağa birmənalı haqqı olan Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun “diversant” və ya “silahlı qrup” kimi təqdim etməsini Ermənistan dövlətinin həmin soydaşlarımıza qarşı bütün iyrənc və zorakı hərəkətlərin ediləcəyinin anonsu kimi qəbul edilməlidir.
Ermənistan tərəfindən girov götürülən soydaşlarımızın bir-neçə dəfə Kəlbəcər rayonuna getməsi, heç bir erməniyə zərər verməməsi Ermənistanın Müdafiə Naziri Ohanyanın bu cəfəng mövqeyini alt-üst etməklə bərabər bu işğalçı dövlətin əsl mahiyyətini üzə çıxarır.
Azərbaycan güclü dövlətdir və istədiyi an torpaqları işğaldan azad etmək qüdrətində olan ordusu var.
Bunu Azərbaycanın, Milli Qəhrəmanı Mübariz İbrahimov kimi cəsur igidlərimiz sübut edib və yəqin ki, erməni ordusu bunu yaxşı xatırlayır.
Ermənistanın “diversant” kimi qələmə vermək istədiyi məcburi köçkün mülki şəxslərimizə qarşı ediləcək hər bir zorakı hərəkətləri hətta dövlətimizin əleyhinə onlardan ifadə almağa cəhdlər ediləcəyi də şübhəsizdir.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər başda olmaqla, Azərbaycan Respublikasının ictimai siyasi və diplomatik əlaqələr qurduğu dövlətlər hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmiş, işğalın acı nəticələrini pisləmiş, Ermənistan ordusunun işğal etdiyi əraziləri BMT-nin qəbul etdiyi qətnamələrinə uyğun olaraq tərk etməsi fikrini səsləndirmişlər. Beynəlxalq ictimaiyyət haqlı olaraq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü hüquqi baxımdan tanıması o deməkdir ki, girov düşən Azərbaycan vətəndaşları doğulduğu yurdlarına- Azərbaycan ərazisinə getmişlər. Errmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərir ki, müharibə illərində, eləcə də tərəflər arasında 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs rejimindən sonra əsir və ya girov düşmüş Azərbaycan vətəndaşlarının hüquqları pozulmuş, müxtəlif işgəncələrə məruz qalmış, qeyri-insani davranışla qarşılaşmışlar. Bu cür hallar Ermənistanın BMT-nin qəbul etdiyi Cenevrə Konvensiyasının müharibə və münaqişələr zamanı əsir və girovlarla bağlı davranış qaydalarının kobud surətdə pozduğunu göstərir.
Odur ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar azərbaycanlı əsirlərin taleyilə ciddi maraqlanmalı, Azərbaycan dövləti və ictimaiyyəti girov götürülmüş vətəndaşlarımızın azad olunması üçün əllərindən gələni etməlidirlər.
1. Milli QHT Forumu
2. Qarabağ QHT Koalisiyası
3. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
4. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İctimai Birliyi
5. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi
6. Sağlam İnkişaf və Marifləndirmə İctimai Birliyi
7. Şəhid Ailərəinə Sosial Dəstək İctimai Birliyi
8. Xocalı Soyqrımının Tanıtma İctimai Birliyi
9. Dünya Gənc Türk Yazarlar Birliyi
10. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyəti
11. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi
12. “Mərhəmət” Kimsəsizliyə Yardım İctimai Birliyi
13. Vətən Fədailəri İctimai Birliyi
14. Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi
15. Üçüncü Sektor İctimai Birliyi
16. Yeni Baxış Gənclər İctimai Birliyi
17. Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Çatdırılma İctimai Birliyi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler