» » "Brilliant Dadaşova ilə barışığa əl atmadım"

"Brilliant Dadaşova ilə barışığa əl atmadım"

Bölmə: Xəbər
"Brilliant Dadaşova ilə barışığa əl atmadım"

Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib.

Xalqİnfo.az bildirir ki, Axşam.az-ın məlumatına görə, müğənni yanlışlıq olduğunu, heç bir barışıq addımı atmadığını deyib.

O bildirib ki, qarşı tərəf barışıq addımı atsa, geri çevirməyəcək:

“Məndən soruşdular ki, "Brilliant Dadaşova gəlib barışmaq istəsə, “salam” versə, necə reaksiya göstərərsiniz?”. Barışıq təşəbbüsü irəli sürməmişəm, bu cür qələmə verilməyim. Yalandan uydurulmasın ki, "Nisə xanım barışığa əl atdı". Xeyir, barışığa əl atmadım. Demişəm ki, “salam” versə, qucaqlayaram. Barışmaq üçün cəsarətim var, heç nədən utanmıram. Bu məsələyə kiminsə qarışmasını istəmirəm. Bir nəfərə barışıq jesti etmişəm, bu da Faiq Ağayevdir. O mənim ürəyimdə xüsusi yer tutub”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler