» » Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi

Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi

Bölmə: Xəbər
Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi

ABŞ-ın 44-cü prezidenti Barak Obama vəzifədən getdikdən sonra “Silikon vadisi”ndə, yüksək texnologiyalar sahəsində işləyə bilər.

Xalqİnfo.az-ın “The New York Times” qəzetinə istinadən məlumatına görə, ötən il Obamaya yaxın şəxslər Kaliforniyadakı Yüksək Texnologiyalar Mərkəzinə baş çəkiblər və bir sıra məsələlərlə maraqlanıblar. Buna səbəb isə Barak Obamaya gələcək həyatını planlaşdırmasında kömək etməkdir.

Məlumata əsasən, ABŞ-ın sabit prezidentinin bir çox həmkarları “Uber”, “Amazon”, “GoFundMe” və “Apple” kimi şirkətlərdə işləyirlər. Agentlik həmçinin Obamanın kosmik sahə ilə də maraqlandığını, onun bu sahə üzrə işləyə biləcəyini də qeyd edib.

“Ağ evi”in əməkdaşları isə ölkənin eks rəhbərinin gələcək planlarını şərh etməkdən imtina ediblər. Obamanın keçmiş köməkçisi Fil Larson Barak Obamanı ümumi olaraq texnologiya sahəsilə maraqlanan şəxs kimi xarakterizə edib.

Qeyd edək ki, Barak Obamanın 2009-cu ilin yanvarın 20-dən ABŞ-da prezident vəzifəsinə gəlib və onun prezidentlik müddəti gələn ilin 20 yanvarında başa çatır. O, postu hazırda ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampa təhvil verəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler