» » Çovdarovun zərərçəkmişinə 13 il həbs istənildi

Çovdarovun zərərçəkmişinə 13 il həbs istənildi

Bölmə: Xəbər
Çovdarovun zərərçəkmişinə 13 il həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, İ.Qasımov həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler