» » Ağalarovun obyektini partlatmaq istəyən tutuldu

Ağalarovun obyektini partlatmaq istəyən tutuldu

Bölmə: Xəbər, Kriminal, GÜNDƏM
Ağalarovun obyektini partlatmaq istəyən tutuldu

[b]Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Krokus Ekspo” mərkəzinə partlayıcı maddəni qoymaqda şübhəli bilinən şəxs saxlanılıb.
[/b]
[b]Xalqİnfo.az [/b]-ın “life”-a istinadən verdiyi məlumata görə, 30 yaşlı adı açıqlanmayan şəxs “Krokus Ekspo” mərkəzinə partlayıcı maddəni qoyduğunu etiraf edib.

Polisdən bildirilib ki, saxlanılan şəxs sadəcə icraçıdır: “İşsiz olduğu üçün partlayıcı maddəni mükafat qarşılığında mərkəzə qoyub”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Araz Ağalarov “Krokus Ekspo” mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

[b]Araz Ağalarov[/b][b][/b] bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib.

İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler