» » "Ölkədə kəskin respirator virus infeksiyaları qeydə alınıb"

"Ölkədə kəskin respirator virus infeksiyaları qeydə alınıb" Səhiyyə Nazirliyi

Bölmə: Xəbər, Sosial
"Ölkədə kəskin respirator virus infeksiyaları qeydə alınıb"

“Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur”.

Xalqİnfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb: “Həmin əmrdə profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, qripə bənzər virusa yoluxmuş xəstələrin laborator müayinələrinin keçirilməsinə dair tapşırıq verilib. Bu sahədə müəyyən işlər aparılır, nəzarət təmin edilir, respublikanın məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilir”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler