» » Zakir Həsəmov zabitlərə tapşırıqlar verdi

Zakir Həsəmov zabitlərə tapşırıqlar verdi

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Zakir Həsəmov zabitlərə tapşırıqlar verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.

Xalqİnfo.az Modern.az-a istinadən xəbər verir ki, tədbirin əhəmiyyətini vurğulayan müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

2016-cı ilin cari dövründə Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir, bütün nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib.

Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıraraq əmin olduğunu bildirib ki, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadına cavab olaraq qarşıda qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler