» » Şuşasız Kövrəlir Azərbaycan!

Şuşasız Kövrəlir Azərbaycan! Video

Bölmə: Xəbər, SÖHBƏT
Şuşasız Kövrəlir Azərbaycan!Şuşalı Pedaqoq: Şuşa alınsa torpağı da, daşları da qucaqlayaraq zulum-zulum ağlayacam

Xalqinfo.az Xəbər portalı olaraq milli və mənəvi ruhda tərbiyənin əhəmiyyətini dərk edərək ziyalı və gənclərlə mütəmadi görüşlər təşkil edirik, onların fikir və düşüncələrini sizlərlə bölüşürük. Əziz həmvətənlər! Gəlin hər birimiz milli və mənəvi şüurumuzu birlikdə formalaşdıraq.
XALQİNFO.az -ın rəhbərliyi Şuşa Musiqi Kollecinin direktor müavini Telman Hümbətovla dərtləşib...
Şuşa bizim tarixi mədəniyyət beşiyimiz, Qarabağımızın ayırlmaz şeir-sənət məkanıdır. Şuşa Azərbaycan tarixinə Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski kimi bir çox muğam ustadları, Rəşid Behbudov kimi dünya şöhrətli müğğəni, Süleyman Ələsgərov kimi bəstəkar, Molla Pənah Vaqif, Xürşidbanu Natəvan və s kimi ədəbiyyat və incəsənət xadimlərini bəxş edibdir.. Adlarını çəkmədiyimiz dahi şəxsiyyətlər var ki, bu gözəl diyarın təmiz suyundan, saf havasından qidalanıblar.Təəssüflər olsun ki, bu böyük şəxsiyyətlərin qəbri bədnam, nankor qonşumuz, erməni qəsbkarlığının tapdağı altındadır. Bu hər birimizin kövrək yeridir, elə bu anda (Gözlərim doldu eh! Dilim titrəyərək dedi : Qoca tarix, göstər öz hökmünü! Qaytar Şuşamızı,bütöv Qarabağımızı...) təsəlli tapmaq üçün yolumu saldım, Şuşa Musiqi Kollecinə.Kollecin direktoru Eldar Əliyev işlə əlaqədar yerində yox idi. Tədris-tərbiyə işləri üzrə direktor müavini Telman Hümbətovla dərdləşdik.
Telman müəllim, necəsiniz, tələbələriniz sizi incitmirlər?

Yaxşıyam, Şükür Allahın bu gününə,tələbələr bizim çılğın balalarımızdır. Çox razıyam onların tərbiyəsindən.Tərbiyədə müəllimlə yanaşı valideynin də rolu böyükdür. Telman müəllim, bəlkə kollecin tarixindən, bu günündən danışasınız!? Şuşa Musiqi Kolleci 1974-cü ildən fəaliyyət göstərir. 5 ixtisas üzrə dərs tədris edilir. Hal-hazırda 400-dən artıq tələbə burada təhsil alır.150-dən artıq müəllim onların təlim-tərbiyəsi ilə məşğul olur. Tələbələrimiz İnsturimental ifaçılıq, Fortepiano, Skripka, Qarmon,Tar, Saz, Xanəndəlik, Xor, Drijorluq, Musiqi nəzəriyyəsi ixtisasları üzrə dərs alırlar. Kollecdə Arkestr, Xor kollektivi, Ansambl fəaliyyət göstərir. Biz mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün müsabiqələrə qatılırıq. Tələbələrimizin arasında diplom və lauriyyat alanlar hər il artır. Bir çox müsabiqələrdə iştirak edərək fəxri fərmanlara layiq görülürük.
Telman müəllim, ömrünüzün 40 ilini tədris və tərbiyəyə həsr edən bir pedaqoq kimi, gənclərin milli və mənəvi ruhda tərbiyəsi sizi qane edirmi?
Öncə kollecə nəzər yetirsək tam səmimi deyirəm ki, bu baxımdan vəziyyət yaxşıdır. Mən onların hər biri ilə fərdi qaydada söhbətlər aparıram, onların psixologiyasını korlayan amilləri aradan götürmək üçün müəllim kollektivi ilə səylərimizi birləşdirirk.Tələbələrimizi vətənə sevgi, ailəyə məhəbbət, dostluğa sadiq, insanpərvərlik ruhunda tərbiyə edirik. Bizim bu yöndə işlərimizin yaxşı getməsində direktorumuz Eldar müəllimin də xidmətləri çoxdur. Eldar müəllim səriştəli rəhbər olmaqla yanaşı, xeyirxah ağsaqqaldır. Belə bir rəhbərimizin olması bizlərin məsuliyyətlə çalışmağına stimul verir.
Şuşasız Kövrəlir Azərbaycan!
Şuşasız Kövrəlir Azərbaycan! Şuşa alınsa Telman Hümbətov hislərini necə ifadə edəcək?

Şuşasız hər birimiz kövrəlirik, o yerlər üçün burnumun ucu göynəyir, orada uşaqlıq xatirələrim o qədər idi ki, indi məni o anlara apardız... Biz Şuşalılar Qarabağın alınmaz qalası Şuşanın bizə qayıdacağı günü səbrsizliklə gözləyirik. Mən isə bu qoca vaxtımda sevincimi zulum-zulum ağlayaraq, torpağı da, daşları da bağrıma basaraq öpəcəm. Sonra valideynlərimin qəbrini ziyarət edəcəm.
P.S Arzunuz çin olsun, Qarabağ bizimdir.Şuşa alınacaq və hər birimiz sevinc göz yaşlarına qərq olacağıq, İnşallah!

Zamin Zeynal

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler