» » “QMİ nəzir qutularındakı pulları...” -

“QMİ nəzir qutularındakı pulları...” - Siyavuş Novruzov

Bölmə: Xəbər
“QMİ nəzir qutularındakı pulları...” -
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


"Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir".

Xalqİnfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir.

S. Novruzov dini icmaların fəaliyyətinə də toxunub. O qeyd edib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: “Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki onların fəaliyyəti dayandırılsın”.

Millət vəkili Zahid Oruc isə çıxışında nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsinin vacibliyinə toxunub.(qafqazinfo)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler