» » Nazirlikdən 2 yaşlı uşağın ölümü ilə bağlı -

Nazirlikdən 2 yaşlı uşağın ölümü ilə bağlı - Açıqlama

Bölmə: Xəbər, Sosial
Nazirlikdən 2 yaşlı uşağın ölümü ilə bağlı -

Səhiyyə Nazirliyi “Oksigen” klinikasında 2 yaşlı Məhəmməd Həsənlinin ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.

Xalqİnfo” xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün ya mərhumun qohumları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə müraciət etməlidir. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, azyaşlının dünən “Oksigen” klinikasında cərrahiyə əməliyyatı zamanı öldüyü deyilir.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler